"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda təlimlər başa çatıb

--2016-04-22 / 10:56

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ ) ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ilə birgə Bakı, Sumqayıt və Abşeron  bələdiyyələri üçün təşkil edilən “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində bələdiyyələrin bilik və bacarıqlarının artırılması məqsədilə “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda təlimlər başa çatıb.

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində təşkil edilən təlimlərdə ümumilikdə 63 bələdiyyədən 130 nəfər iştirak edib. iştirakçilara təlimçilər tərəfindən şərti ad altında əyanı olaraq müxtəlif səpgili subvensiya layihələrinin  tərtib edilməsi qaydaları öyrədilib. iştirakçılar həmin layihələri sərbəst şəkildə tərtib edilməsini mənimsəyiblər. Belə təlimlərin gələcəkdə ədliyyə Nazirliyinin regional ədliyyə şöbələrinin iştirakı ilə digər şəhər və rayon bələdiyyələri üçün də keçirlməsi nəzərdə tululub.

Təlimləri ekspert Ruslan Atakişiyev, Radil Fətullayev və maliyyə məsələləri üzrə mütəxəsis Zöhrab  Fərəcov aparıblar.

Təlimlərdə iştirakçıları  maraqlandıran çoxsaylı suallar da  cavablandırılıb.

  Belediyye.info

ŞƏRHLƏR